Bakı. Trend:
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 18,7 milyonABŞ dolları dəyərində 45,8 min ton neft koksu ixrac olunub.
Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 10,5 milyon ABŞ dolları və ya 2,3 dəfə, həcm baxımındanisə 17,4 min ton və ya 1,6 dəfə çoxdur.
Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumiixracının 0,51 faizini təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycandandünyanın 11 ölkəsinə 1,704 milyard ABŞ dolları dəyərində 3,6 milyonton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsullarıixrac olunub.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bugöstərici dəyər ifadəsində 969 milyon ABŞ dolları və ya 36,3 faiz,fiziki həcm baxımından isə1,178 milyon ton və ya 24,7 faizazalıb.