AZ

Koxalski Polşa millisinə çağırılacaq

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa millisinə çağırılacaq.  

Msport.az xəbər veririr ki, bu barədə “TVP Sport” kanalı məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı qolkiper yığmanın baş məşqçisi Yan Urban tərəfindən DÇ-2026-nın pley-off mərhələsinin oyunları üçün heyətə cəlb ediləcək 4 qapıçıdan biri olacaq.

Qeyd edək ki, martın 26-da Polşa millisi  yarımfinalda Albaniya komandası ilə qarşılaşacaq. Polşalılar qalib gəlsələr, finalda Ukrayna – İsveç cütünün qalibi ilə görüşəcəklər. Həlledici oyun martın 31-də keçiriləcək.

Seçilən
53
5
msport.az

6Mənbələr