“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa millisinə çağırılacaq.
Msport.az xəbər veririr ki, bu barədə “TVP Sport” kanalı məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı qolkiper yığmanın baş məşqçisi Yan Urban tərəfindən DÇ-2026-nın pley-off mərhələsinin oyunları üçün heyətə cəlb ediləcək 4 qapıçıdan biri olacaq.
Qeyd edək ki, martın 26-da Polşa millisi yarımfinalda Albaniya komandası ilə qarşılaşacaq. Polşalılar qalib gəlsələr, finalda Ukrayna – İsveç cütünün qalibi ilə görüşəcəklər. Həlledici oyun martın 31-də keçiriləcək.