AZ

Tovuzda partlayış baş verib, yaralılar varVİDEO

Tovuzda vətəndaşa məxsus fərdi yaşayış evində partlayış olub. Hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, kənd sakini 59 yaşlı Ziyad Cəfərova məxsus  4 otaqlı, birmərtəbəli yaşayış evi partlayışdan sonra dağıntıya məruz qalıb. Məlumata görə, hadisə qaz sızması nəticəsində baş verib.

Hadisə nəticəsində ev sahibinin oğlu 29 yaşlı Ceyhun Cəfərov, həyat yoldaşı 21 yaşlı Turanə Cəfərova və 2 yaşlı övladları  yanıq xəsarətləri alıblar. Zərərçəkənlər dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra onlar Bakıya, yanıq mərkəzinə göndəriliblər.

Hadisə nəticəsində yaxınlıqdakı kominikasiya xətlərinə də ziyan dəyib.

Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları və  FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Evdə yanğının baş verməməsi üçün təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
33
xezerxeber.az

1Mənbələr