AZ

ABŞ narkotik daşıyan gəmilərə 45 zərbə endirib - Pentaqon

ABŞ ordusu Latın Amerikası və Karib dənizindən ABŞ-a qanunsuz narkotik daşıyan gəmilərə ümumilikdə 45 zərbə endirib.

Ucnoqta.az bildirir ki, bu barədə Müdafiə Nazirinin Daxili Təhlükəsizlik üzrə köməkçisinin vəzifəsini icra edən Cozef Humeyer məlumat verib.

Bu zərbələr nəticəsində narko-terrorçu qrupların və ya oxşar qurumların 157 üzvü, eləcə də narkotik daşıyan 47 gəmi məhv edilib.

Pentaqon sözçüsünün təqdim etdiyi məlumatlara görə, bu əməliyyatlar Karib dənizində narkotik qaçaqmalçılığında 20%, Şərqi Sakit Okeanda isə 25% azalma ilə nəticələnib.

Bundan əlavə, Pentaqonda Qərb yarımkürəsinin təhlükəsizliyinə nəzarət edən Humeyer əlavə edib ki, ABŞ-a sintetik opioid fentanil idxalı 56% azalıb.

Seçilən
11
ucnoqta.az

1Mənbələr