AZ

Azərbaycan üzərindən uçan təyyarələrlə bağlı qərar: İran müharibəsindən dərhal sonra...

ain.az bildirir, GlobalInfo portalına istinadən.

İranın hava məkanının məhdudlaşdırılması səbəbindən bir çox beynəlxalq uçuşların marşrutu dəyişdirilərək Azərbaycan üzərindən həyata keçirilir. Bu isə Azərbaycanın hava məkanının istifadəsini artırmaqla yanaşı, mülki aviasiya sahəsində iqtisadi və hüquqi məsələləri də aktuallaşdırır. Belə hallarda aviaşirkətlər istifadə etdikləri hər bir ölkənin hava məkanına görə müəyyən ödənişlər həyata keçirirlər.

Hazırda beynəlxalq aviaşirkətlər Azərbaycanın hava məkanından istifadə etdikdə hər təyyarəyə görə nə qədər ödəniş edir?

Globalinfo.az-a danışan “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Ədalət Əliyev deyib ki, hava məkanından istifadə məsələsi beynəlxalq mülki aviasiyada mühüm iqtisadi və hüquqi mövzulardan biridir.

Onun sözlərinə görə, hər bir ölkənin öz hava məkanı üzərində suveren hüquqları mövcuddur və buradan istifadə edən aviaşirkətlər müəyyən ödənişlər etməlidirlər:

“Orta hesabla hava məkanından istifadə üçün ödənişlər uçuş məsafəsi və təyyarənin çəkisi kimi amillərə əsasən hesablanır. Məsələn, bəzi hesablamalara görə, 100 kilometr məsafə üçün ödəniş təxminən 40 ABŞ dolları (təxmini 68 manat) civarında ola bilər. Lakin bu rəqəm sabit deyil və ölkədən-ölkəyə dəyişir. Həmçinin tariflər zamanla yenilənə, iqtisadi və ekoloji faktorların təsiri ilə artırıla bilər”.

Ə.Əliyev qeyd edib ki, Azərbaycanın hava məkanından istifadə edən beynəlxalq uçuşlar da müvafiq ödənişlərə tabedir:

“Bu ödənişlər dövlətin aviasiya infrastrukturu, hava hərəkətinin idarə olunması və təhlükəsizlik xidmətlərinin təmin edilməsi üçün istifadə olunur. Eyni zamanda, bu sahədə beynəlxalq qaydalar və standartlar tətbiq edilir. Mövcud qaydaların formalaşdırılmasında Birləşmiş Millətlər Təşkilatına bağlı olan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) mühüm rol oynayır. ICAO üzv dövlətlər arasında koordinasiyanı təmin edir, təhlükəsizlik, səmərəlilik və ekoloji standartları müəyyənləşdirir. Hava məkanından istifadə ilə bağlı ödənişlər də bu beynəlxalq çərçivə daxilində tənzimlənir. Nəticə etibarilə, hava məkanından istifadə haqqı bir çox amillərdən asılı olaraq dəyişən kompleks bir sistemdir və konkret rəqəmlər yalnız təxmini xarakter daşıyır. Bu sahədə qiymətlər həm iqtisadi şəraitə, həm də beynəlxalq aviasiya siyasətinə uyğun olaraq daim yenilənir”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
globalinfo.az

1Mənbələr