2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan 22 313,97 ton pomidor ixrac edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,9% azdır.
Ölkə.Az-ın məlumatına görə, dəyər baxımından isə ixrac həcmi 0,6% azalaraq 26 556 120 dollar təşkil edib.
Hesabat dövründə pomidor ixracı Azərbaycanın ümumi ixracının 0,72%-ni təşkil edib (2025-ci ilin yanvar-fevral aylarında 0,56%).