AZ

Nazirə daha bir müavin

ain.az bildirir, Azvision portalına istinadən.

Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I); 2024, № 2, maddə 155, № 6 (I kitab), maddə 654, № 8, maddə 948, № 12 (I kitab), maddə 1287; 2025, № 3, maddələr 224, 227, № 6, maddə 552, № 8, maddə 759) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.4-cü bəndinin birinci cümləsində “beş” sözü “altı” sözü ilə əvəz edilsin". Bu o deməkdir ki, nazirin müavinlərinin sayı 5-dən 6-ya qaldırılır. Güman ki, dəyişiklik nazirliyin Süni İntellekt sahəsində həyata keçirəcəyi işlərlə bağlıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə rəqəmsallaşma proseslərinin inkişafını təmin edən əsas dövlət qurumudur. Nazirin digər müavinləri:

Rəhman Dursun oğlu Hümmətov (1977)

Samir Qaçay oğlu Məmmədov (1974)

Cavid Qənbər oğlu Qurbanov (1958)

Elmin Fikrət oğlu Məmmədov (1987)

Saməddin Fəxrəddin oğlu Əsədov (1985) Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
1
azvision.az

2Mənbələr