AZ

Qarşılıqlı anlaşma memorandumu imzaladılar

Omanın xarici işlər nazir Bədr Əl-Busaidi Maskatda ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.

"Ölkə.az" xəbər verir ki, bu barədə məlumat Oman Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsində yayılıb.

"Danışıqlar zamanı tərəflər Oman və Ermənistan arasında dostluq, əməkdaşlıq münasibətlərini, eləcə də onların müxtəlif sahələrdə inkişafı və möhkəmləndirilməsi yollarını nəzərdən keçiriblər. Tərəflər qarşılıqlı maraqların gücləndirilməsi və iki ölkə arasında ikitərəfli əməkdaşlıq üçün daha geniş üfüqlərin açılması məqsədilə növbəti mərhələdə yeni sazişlərin və qarşılıqlı anlaşma memorandumlarının bağlanması istiqamətində işləri davam etdirmək barədə razılığa gəliblər", - qurumdan bildirilib.

Məlumata görə, tərəflər, həmçinin, regional hadisələrə dair məsləhətləşmələr aparıb, münaqişələrin həlli üçün dialoqun və diplomatik səylərin, eləcə də təhlükəsizliyin və gərginliyin azaldılmasına yönəlmiş, sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək səylərin birinci dərəcəli əhəmiyyətini təsdiqləyiblər.

Görüş çərçivəsində nazirlər institusional əməkdaşlıq və dialoq kursunu möhkəmləndirərək, iki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələr üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

559490

Seçilən
14
2
olke.az

3Mənbələr