AZ

Parlamentdə əlillik təyinatı ilə bağlı çətinliklər dilə gətirilibVİDEO

Faktiki olaraq əlillik təyinatı prosesi vətəndaşlara bəzi hallarda bir sıra çətinliklər yaradır.

Xezerxeber.az-ın məlumatına görə, bunu deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında deyib.

Millət vəkili bildirib ki, vətəndaşın qərarla razılaşmadığı hallarda operativ və şəffaf apellyasiya mexanizmi təmin olunmalıdır.

Müzakirələr zamanı ən diqqətçəkən məqamlardan biri də müəllimlərin əməkhaqqı artımları ilə bağlı olub. Deputat Vüqar Bayramov imtahanlarda uğur qazanan müəllimlərin daha az sertifkasiya imtahanına cəlb olunmasını təklif edib. Millət vəkilinin digər təklifi isə o olub ki, sertifikasiya imtahanında 48-dən yüksək bal toplayanların da əməkhaqları 35% artırılsın.

İclasda həmçinin süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar da ilk oxunuşda qəbul edilib. Layihədə bu sahədə qanun pozuntuları zamanı bir sıra ağır cəzalar nəzərdə tutulub.

Milli Məclis dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsinə görə cərimələrin tutulması qaydasının dəyişməsini də ilk oxunuşda qəbul edib. Sənədə görə, müvafiq əməlləri ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq. Külli miqdarda törədilən əməllərə görə alternativ cəza növü kimi 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası da əlavə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
86
xezerxeber.az

1Mənbələr