AZ

Avtobus ödənişlərini kartla edənlərin nəzərinə! AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda ictimai nəqliyyatda ödəniş sistemlərinin təkmilləşdirilməsi və yeni kartların tətbiqi məsələsi son günlərin ən çox müzakirə edilən mövzularındandır. Xüsusilə bank kartlarının nəqliyyat sisteminə inteqrasiyasından qısa müddət sonra yeni vahid kartların hazırlanacağı barədə iddialar sərnişinlər arasında müəyyən suallar doğurub.Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, kartlarla bağlı inteqrasiya prosesində ciddi nöqsanlar mövcud idi:“Bu problemlərin aradan qaldırılması üçün müəyyən addımlar atılırdı. Lakin görünür ki, atılan addımlar kifayət qədər effektiv olmayıb və gözlənilən nəticəni verməyib. Nəticədə bank kartları ilə ödənişlərdə, xüsusilə də NFC texnologiyası vasitəsilə həyata keçirilən ödənişlərdə ciddi problemlər yaranmağa başladı. Bu problemlər isə vətəndaşlar üçün pul itkisinə, narazılıqlara və haqlı iradlara səbəb oldu. Mövcud vəziyyət proqram təminatının yenidən tənzimlənməsinə, yeni proqramların hazırlanmasına və infrastrukturun yenidən qurulmasına ehtiyac olduğunu göstərdi. Xüsusilə proqram təminatı sahəsində ciddi təkmilləşdirmələrə ehtiyac yarandı. Məhz bu səbəbdən problemlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində yeni yanaşmaların tətbiqinə zərurət yarandı. Bu da öz növbəsində mövcud çətinliklərin aradan qaldırılması üçün daha əsaslandırılmış addımların atılmasına gətirib çıxardı”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
demokrat.az

1Mənbələr