AZ

Göygöldə 25 yaşlı gənc kabab çəkərkən yandı

Göygöldə 25 yaşlı kişi yanıq xəsarəti alıb.

"Unikal"ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Yeni Zod kəndi ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü M.Həsənov bədəninin və üzünün yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, 25 yaşlı şəxs kabab çəkən zaman manqal alovlanıb. Bu zaman o ehtiyatsızlıqdan yanıq xəsarəti alıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
92
14
unikal.az

10Mənbələr