AZ

Yeməkdən sonra mədə ağrısı: İnfarkt və ya pnevmoniya ola bilər

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Yemək yedikdən sonra yaranan mədə ağrıları yalnız həzm sistemi ilə bağlı deyil. Terapiya sahəsi üzrə ekspert İrina Volqinanın sözlərinə görə bu simptom bəzən pnevmoniya və hətta miokard infarktından xəbər verir.Demokrat.az-ın məlumatına görə qarın nahiyəsinin yuxarı hissəsində qəfil başlayan və getdikcə şiddətlənən ağrılar zamanı mütləq həkimə müraciət edilməlidir. Ağrılar qastrit, xora, pankreatit və mədə xərçəngi kimi ciddi xəstəliklərin əlaməti də ola bilər. Xüsusilə ağrı ilə bərabər müşahidə olunan qıcqırma, ürəkbulanma, köp və sürətli çəki itkisi diqqətdən qaçmamalıdır.Terapevt vurğulayır ki, bu vəziyyətdə özünümüalicə və xalq təbabəti üsulları təhlükəlidir. Məsələn, qıcqırma zamanı qəbul edilən qida sodası mədədə iltihabı artıra və xora yaranmasına səbəb ola bilər. Simptomlar mütəmadi xarakter aldıqda həkimlər adətən zondla müayinə (ezofaqoqastroduodenoskopiya) təyin edirlər.Müalicə prosesində emosional vəziyyətin təsirini də həkimə bildirmək lazımdır. Çünki stres həzm sisteminin işinə birbaşa təsir edərək müalicə taktikasını dəyişə bilər.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
1
demokrat.az

2Mənbələr