AZ

Zelenski: Ukraynanı günahlandırmaq əsassızdır

Bu dəfə "Drujba" neft kəmərinə dəymiş ziyan daha ciddidir. Ukraynanın neftin nəqlinə qəsdən mane olmaqda günahlandırılması əsassızdır.

"Ölkə.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa İttifaqı (Aİ) liderlərinə ünvanladığı, neft kəmərinin fəaliyyətinin bərpası üçün texniki və maliyyə yardımı üzrə onların təklifi ilə razılaşdığı məktubunda bildirilib.

Onun sözlərinə görə, "Drujba" infrastrukturu vahid bir sistemdir və Brodıdaki əsas nasos stansiyasının zədələnməsi onun işini pozur: "Brodı nasos stansiyası fəaliyyət göstərmədən boru kəməri sistemində lazımi işçi təzyiqini saxlamaq və neftin təhlükəsiz tranzitini təmin etmək texniki cəhətdən qeyri-mümkündür".

Zelenski əlavə edib ki, Ukrayna həmçinin "alternativ texniki həll üzərində" işi başa çatdırır.

"Biz gözləyirik ki, təxminən bir ay yarım sonra Brodı nasos stansiyası texniki fəaliyyətini bərpa edəcək. Bu, əlbəttə ki, Rusiya tərəfindən hücumlar olmadığı təqdirdə, axınların tam bərpasını təmin edəcək", - məktubda qeyd olunub.(Report)

Seçilən
20
4
olke.az

5Mənbələr