Rusiyanın Domodedovo şəhərində yerləşən qəlyan çəkilən obyektdə partlayış baş verib.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, partlayış Moskva vilayətinin Domodedovo şəhərində, Qaqarin küçəsindəki qəlyanxanada qeydə alınıb.
Ehtimal olunur ki, obyektdə qumbara partlayıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.