AZ

“Bizimləsən” və “Rəngarəng” verilişlərinin yayımı - Dayandırılır

“Azad Azərbaycan” (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.

Yenilik.az “Oxu.Az”a istinadən xəbər verir ki, Zaur Baxşəliyevin təqdimatında olan “Bizimləsən” və Zaur Nəbioğlunun “Rəngarəng” verilişləri efirdən çıxarılıb.
Kanalın mətbuat xidmətindən məlumatın doğru olduğu bildirilib:
“Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib”.
Eyni zamanda, məlumata görə, ARB kanalının efir siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.

Seçilən
197
7
yenilik.az

10Mənbələr