AZ

SSRİ-nin süqutunda kimlər günahlandırılır? — Rusiyada RƏY SORĞUSU

Rusiya sakinlərinin əksəriyyəti SSRİ-nin dağılmasına görə təəssüflənir.

İnterpress.az xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTSIOM) məlumat yayıb.

Rusiya vətəndaşlarının yarısından çoxu Sovet İttifaqının dağılmasından təəssüf hissi keçirməyə davam edir və 1991-ci ilin sonundakı hadisələri tarixi bir səhv kimi qiymətləndirir.

Araşdırmaya əsasən, son on beş il ərzində SSRİ-nin süqutuna görə təəssüflənən rusiyalıların payı sabit qalır: 2012-ci ildə rəyi soruşulanların 56%-i bu fikirdə idisə, 2026-cı ildə bu göstərici 57% təşkil edib.

Respondentlərin 57%-i əmindir ki, hadisələrin bu cür inkişafından qaçmaq mümkün idi, 30%-i isə İttifaqın dağılmasını qaçılmaz hesab edir.

Əgər bu gün SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilsəydi, iştirakçıların 61%-i müsbət səs verərdi (müqayisə üçün, 2021-ci ildə bu göstərici 73% idi).

SSRİ-nin dağılmasına görə əsas məsuliyyəti rusiyalılar ümumilikdə ölkənin o dövrdəki rəhbərliyinin (24%), həmçinin konkret olaraq Boris Yeltsinin (17%) və Mixail Qorbaçovun (16%) üzərinə qoyurlar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
96
interpress.az

1Mənbələr