ABŞ-nin İraqdakı səfirliyi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Bağdadın hökumət binalarının və xarici dövlətlərin səfirliklərinin, o cümlədən ABŞ-nin diplomatik nümayəndəliyinin yerləşdiyi “yaşıl zona”da partlayış səsləri eşidilir.
Səfirlik binasının üzərindən tüstü dumanları yüksəlir.