AZ

Makron Hörmüzdən geri çəkildi: Fransa müharibədən kənarda qalır

Yaxın Şərqdə gərginlik artdıqca, Hörmüz boğazı ətrafında mümkün hərbi əməliyyatlarla bağlı mövqelər daha da sərtləşir.

Musavat.com xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron ölkəsinin hazırkı şəraitdə Hörmüz boğazının açılması və ya azad edilməsi üçün keçiriləcək hərbi əməliyyatlarda iştirak etməyəcəyini açıqlayıb.

Makron bildirib ki, Fransa bu münaqişənin tərəfi deyil və buna görə də Paris indiki kontekstdə belə əməliyyatlara qoşulmayacaq.

Bununla yanaşı, Fransa lideri tam passiv mövqe tutmadıqlarını da vurğulayıb. Onun sözlərinə görə, döyüş əməliyyatları başa çatdıqdan sonra ticarət gəmilərinin müşayiəti üçün xüsusi əməliyyatlar hazırlanır.

ABŞ prezidenti Donald Tramp isə Avropa müttəfiqlərinin mövqeyinə münasibət bildirərək Makronun yardım hazırlığını “10 üzərindən 8” kimi qiymətləndirib. Bununla belə, Tramp ABŞ-ın hərbi gücünə güvəndiyini də açıq ifadə edib.

O qeyd edib ki, Vaşinqton dünyanın ən güclü ordusuna malikdir və “heç kimə ehtiyac duymur”.

 

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr