581 bıçaq zərbəsinə görə Sankt-Peterburqda cinayətkarlara 17 il həbs verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sankt-Peterburqda gənc qızı xüsusi amansızlıqla qətlə yetirən şəxslər barəsində məhkəmə hökmü oxunub.
2024-cü ilin yayında baş vermiş qanlı hadisə zamanı Yelizaveta adlı şəhər sakini yeni tanış olduğu 23 yaşlı Murat və 21 yaşlı Abdul-Malik tərəfindən öz mənzilində öldürülüb.
Məhkəmə tibbi ekspertizası qızın bədənində 581 bıçaq zərbəsi aşkar edib.
Məlumata görə, qızın cəsədi bir neçə gün mənzildə qalıb və yalnız dostu onu axtarmağa başladıqdan sonra tapılıb.
Hadisəni törədən şəxslər İnquşetiyaya qaçaraq gizlənməyə çalışsalar da, orada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.
Məhkəmənin qərarı ilə hər iki şəxs 17 il müddətinə ciddi rejimli həbs cəzasına məhkum edilib.
Bundan əlavə, cinayətkarlar mərhumun anasına mənəvi zərərə görə 2 milyon rubl (təxminən 41.300 manat) kompensasiya ödəməlidirlər.
Xuraman Etibarlı
İnterpress.az