AZ

Ukrayna təcrübəsi Yaxın Şərqdə: “Şahed”lərə qarşı yeni cəbhə

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hazırda Yaxın Şərqdə 201 ukraynalı hərbi ekspert fəaliyyət göstərir, daha 34 nəfər isə göndərilmək üçün hazır vəziyyətdə gözləyir.

Onun sözlərinə görə, söhbət “Şahed” tipli pilotsuz uçuş aparatlarından (PUA) qorunma yollarını dərindən bilən mütəxəssislərdən gedir.

NOCOMMENT.az xəbər verir ki, Britaniya parlamentindəki çıxışı zamanı Zelenski bu əməkdaşlığın əhatə dairəsini də açıqlayıb: “Bizim komandalar artıq BƏƏ, Qətər və Səudiyyə Ərəbistanındadır, həmçinin Küveytə yollanmaqdadırlar. Digər bir neçə ölkə ilə də işləyirik və müvafiq sazişlər artıq imzalanıb. Biz İran terrorunun qonşularına qarşı uğur qazanmasını istəmirik”.

Sara

NOCOMMENT.az

Seçilən
28
nocomment.az

1Mənbələr