AZ

Türkiyədən Livan xəbərdarlığı: Regional böhran qapıdadır – VİDEO

Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, İsrailin Livana qarşı quru əməliyyatı artıq mülki əhali üçün ağır nəticələrə səbəb olur və bu proses işğala çevrilməməlidir.

Onun sözlərinə görə, Livanda didərgin düşmüş şəxslərin sayı 800 mini keçib və bir milyona yaxınlaşır.

NOCOMMENT.az xəbər verir ki, Fidan müharibə və işğalın genişlənəcəyi təqdirdə ölkədaxili yerdəyişmələrin qalıcı qaçqın böhranına çevrilə biləcəyi və insanların ölkə hüdudlarından kənarda sığınacaq axtarmağa başlayacağı barədə xəbərdarlıq edib. Türkiyə diplomatiyasının rəhbəri bu prosesin mümkün qədər tez dayandırılmasına çağırıb.

Nazir həmçinin bildirib ki, çərşənbə günü Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək və nizamlanma yollarını axtarmaq məqsədilə bölgə ölkələrinə səfərinə başlayacaq.

Sara

NOCOMMENT.az

Seçilən
40
nocomment.az

1Mənbələr