AZ

SENSASİYA! Ağ Evdə “köstəbək” skandalı – Məlumatları SIZDIRIRMIŞ

Tramp administrasiyasının yüksək rütbəli rəsmiləri “Fox News”a bildiriblər ki, çərşənbə aqşamı Milli Antiterror Mərkəzinin (NCTC) direktoru vəzifəsindən istefa verən Co Kent məlumat sızdıran əsas şəxs olub. Mənbələrin məlumatına görə, Kent hələ bir neçə ay əvvəl prezidentin iştirak etdiyi kəşfiyyat brifinqlərindən kənarlaşdırılıb və İranla bağlı müzakirələrdə iştirak etməyib.

NOCOMMENT.az xəbər verir ki, mənbələrdən biri Ağ Evin Milli Kəşfiyyat direktoru Tulsi Qabbarda müraciət edərək, məlumat sızdırdığı şübhəsi ilə Kenti işdən çıxarmağı tövsiyə etdiyini, lakin onun bu addımı atmadığını əlavə edib. Kent özü isə istefasını İranla müharibəyə etirazı ilə əlaqələndirib. O, istefa məktubunda müharibəni “səhv” adlandırıb və İsrail lobbisini administrasiyaya təzyiq göstərməkdə ittiham edib.

“The Daily Wire” isə “Fox News”un hesabatının bir hissəsini təkzib edib. Nəşrin kəşfiyyatdakı mənbəsi Kentin İran əməliyyatının planlaşdırılmasına buraxılmadığını təsdiqləsə də, Qabbarda onun işdən çıxarılmasının tövsiyə edilməsi barədə məlumatı inkar edib. Mənbə bildirib ki, əgər belə bir tövsiyə gəlsəydi, Qabbard onu dərhal vəzifəsindən kənarlaşdırardı.

Sara,
NOCOMMENT.az

Seçilən
58
nocomment.az

1Mənbələr