
Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tətəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə FHN DYMX-nin Yanğınsöndürmə qərargahının rəis müavini, polkovnik-leytenant Ruslan Pirəlizadə məlumat verib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.