AZ

Binəqədidə mebel sexində baş vermiş yanğın məhdudlaşdırılıb

Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tətəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə FHN DYMX-nin Yanğınsöndürmə qərargahının rəis müavini, polkovnik-leytenant Ruslan Pirəlizadə məlumat verib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Seçilən
105
2
missiya.az

10Mənbələr