AZ

Dövlət Departamenti: Bütün səfirliklər İrandan gələn potensial təhdidlərə hazır olmalıdırlar

ABŞ Dövlət Departamenti ölkənin bütün səfirliklərinə və diplomatik nümayəndəliklərinə təhlükəsizlik vəziyyətini dərhal qiymətləndirməyi və ABŞ-İsrail hərbi əməliyyatı fonunda əlavə tədbirləri nəzərdən keçirməyi əmr edib.

"Far.Az" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ Dövlət Departamentinin daxili yazışmalarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, müvafiq göstəriş "Yaxın Şərqdəki mövcud və inkişaf edən vəziyyət və onun mümkün nəticələri" ilə bağlıdır.

Nəşrin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio diplomatik nümayəndəliklərə potensial təhdidləri müəyyən etmək və cavab planları hazırlamaq üçün xüsusi qruplar yaratmaq tapşırığı verib.

Son həftələrdə oxşar təlimatların yalnız Yaxın Şərqdəki Amerika diplomatik nümayəndəliklərinə göndərildiyi bildirilir. İndi isə bu əmr dünyanın bütün ABŞ səfirliklərinə şamil edilib. Nəşrin vurğuladığı kimi, bu, ilk dəfədir ki, dünya üzrə bütün Amerika diplomatik nümayəndəliklərinə İrandakı müharibə ilə əlaqədar təhlükəsizlik tədbirlərini nəzərdən keçirmək əmri verilib.

Seçilən
77
1
far.az

3Mənbələr