İranın Rusiyadakı səfiri Kazım Cəlali yeni Ali rəhbər Müctəba Xameneinin müalicə üçün Moskvada olması barədə məlumatı təkzib edib.
Senzor.az bildirir ki, Facebook-dakı paylaşımında diplomat bunun İran cəmiyyətinə qarşı aparılan psixoloji müharibənin tərkib hissəsi olduğunu deyib.
“İnqilabın Ali rəhbərinin müalicə üçün Rusiyaya köçürülməsi xəbəri yeni psixoloji müharibədir. İran liderlərinin qaçıb sığınacaqlarda gizlənməyə ehtiyacları yoxdur, onların yeri küçələrdə, xalq arasındadır”, - Cəlali vurğulayıb.
Xatırladaq ki, bir gün əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Xameneinin Moskvaya mümkün gəlişi ilə bağlı xəbərlərə münasibət bildirməkdən imtina edib.
İran Xarici İşlər Nazirliyi isə ondan əvvəl yeni Ali liderin ABŞ-İsrail hücumlarında yaralandığını, lakin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.