AZ

İran "Buşəhr" AES-in ərazisinin vurulduğu barədə MAQATE-ni məlumatlandırıb

İran "Buşəhr" AES-in ərazisinin vurulduğu barədə MAQATE-ni məlumatlandırıb

İran tərəfi Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) "Buşəhr" atom elektrik stansiyasının (AES) ərazisinə mərmi düşməsi barədə rəsmi məlumat verib.

AFN.az xəbər verir ki, bu barədə Agentliyin "X" sosial şəbəkəsindəki hesabında bildiriş yayılıb.

Məlumata görə, insident çərşənbə axşamı axşam saatlarında baş verib. İran tərəfi agentliyi məlumatlandırıb ki, mərmi birbaşa stansiyanın meydançasına düşüb. Bununla belə, ilkin hesabatlarda stansiyaya ciddi zərər dəymədiyi və personal arasında xəsarət alanların olmadığı qeyd edilir.

MAQATE-nin Baş direktoru Rafael Qrossi baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edərək, tərəfləri davam edən münaqişə zamanı maksimum təmkin nümayiş etdirməyə çağırıb. O vurğulayıb ki, hərbi əməliyyatlar zamanı nüvə obyektlərinin toxunulmazlığı qorunmalı və mümkün nüvə qəzası riskinin qarşısını almaq üçün bütün lazımi addımlar atılmalıdır.

Seçilən
109
4
afn.az

7Mənbələr