AZ

Rotşildlər The Economist jurnalının səhmlərinə alıcı tapıblar

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Kanadalı milyarder Stiven Smit "The Economist Group"un 26.9%-lik səhm paketini Linn Forester de Rotşild və ailəsindən almaq barədə razılığa gəlib.

Oxu.Az "Financial Times" nəşrinə istinadən xəbər verir ki, sözügedən səhm paketini Smitin ailə şirkəti olan "Smith Financial" satın alır.

Mənbələrin bildirdiyinə görə, milyarderin şirkəti nəşrdəki pay üçün təxminən 300 milyon funt sterlinq (400 milyon dollardan çox) ödəyəcək. Lakin bu razılaşmanın rəsmiləşməsi üçün hələlik qəyyumlar və direktorlar şurasının yekun təsdiqi tələb olunur.

Qeyd edək ki, bu sövdələşmə media dünyasında son dövrlərin ən böyük pay bölgülərindən biri hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
oxu.az

1Mənbələr