AZ

Ağdamda avtomobil ağaca çırpılıb, ölən və yaralı var

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdam rayonu ərazisində iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.

Belə ki, "KİA" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan Musayev Cavid Əli oğlu və Abdullazadə İlkin Zamiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq Musayev Cavidin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
baku.ws

3Mənbələr