AZ

Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır

Bakı. Trend:

Prezident İlham Əliyev və İran İslam Respublikasının PrezidentiMəsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuştelefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkıehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 marttarixində İrana növbəti humanitar yardım yola salınır.

Trend xəbərverir ki, humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif addaərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlardaxildir.

Bundan 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərmanvasitələri və 2 ton həcmində isə tibbi ləvazimatlar daxildir.

Humanitar yardımın 5 yük avtomobili (TIR) vasitəsiləgöndərilir.

Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərəalınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayramməhsulları da əlavə olunub.

Qeyd edək ki, bundan əvvəl martın 10-da Prezident İlham Əliyevintapşırığına uyğun olaraq İrana 10 ton un, 6 ton düyü, 2,4 tonşəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərmanvə tibbi ləvazimatlar göndərilmişdi.

Məqalədə:
Seçilən
50
48
az.trend.az

10Mənbələr