ain.az bildirir, Baku.ws portalına istinadən.
Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti enib. Son məlumata görə, bir barelin dəyəri 1,03 ABŞ dolları və ya 0,94 % azalaraq 108,16 ABŞ dollarına düşüb.
BAKU.WS-in məlumatına görə, hərracların yekununda "Brent" markalı neftin may fyuçersləri 103,31 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin qiyməti də azalıb. Burada bir barel 1,01 ABŞ dolları və ya 0,95 % ucuzlaşaraq 105,31 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub. Bu neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasil edilir və layihədə SOCAR-ın payı 31,65 % təşkil edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.