ARB kanalında yayımı dayandırılan verilişlər siyahısına Xoşqədəm Hidayətqızının "Səni axtarıram” və Zaur Kamalın “Həmin Zaur” verilişləri də əlavə edilib.
Kənalın mətbuat xidmətinin rəhbəri Mail Əsgərov məlumatı “Yeni Sabah”a təsdiqləyib.
“Hər iki verilişin yayımı dayandırılıb. Digər verilişlər haqqında hələlik məlumat yoxdur. Bu qərar ARB kanalının daxili qaydalarına əsasən verilib”.
Qeyd edək ki, bağlanan verilişlərin siyahısına “Xəzər” TV-də Lalə Azərtaşın “Təsir dairəsi”, ATV-də Zaur Nəbioğlunun “Rəngarəng” və Zaur Baxşəliyevin “Bizimləsən” proqramı da daxildir.
Aydan Hacı
Telegram kanalımız