AZ

İcbari tibbi müayinələrlə bağlı tələblər genişləndirilir

ain.az, Modern.az portalına istinadən məlumat verir.

İcbari tibbi müayinələrlə bağlı tələblərin genişləndirilməsini nəzərdə tutur.

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. 

Layihəyə əsasən, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti tətbiq olunan peşə və vəzifələrə işə qəbul edilən şəxslər əmək müqaviləsi bağlanarkən mütləq ilkin tibbi müayinədən keçməlidirlər. Bundan sonra isə onlar vaxtaşırı tibbi müayinələrlə yanaşı, əmək funksiyalarını yerinə yetirərkən davranışlarında insan psixikasına təsir göstərən maddələrin təsiri altında olmalarına dair əsaslı şübhələr yarandığı halda dərhal tibbi yoxlamaya cəlb olunacaqlar.

Qeyd olunur ki, bu müayinələr işəgötürənin hesabına təmin edilməlidir və “Narkoloji xidmət və nəzarət haqqında” qanuna uyğun şəkildə həyata keçiriləcək.

Dəyişikliklərdə həmçinin vurğulanır ki, işçilərin icbari tibbi müayinədən yayınması və ya müayinələrin nəticələrinə əsasən həkim komissiyasının tövsiyələrini yerinə yetirməməsi hallarında işəgötürən onları işdən kənarlaşdıra və qanunvericiliyə uyğun olaraq intizam məsuliyyətinə cəlb edə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
modern.az

1Mənbələr