AZ

İranın raket zərbəsi BƏƏ-dəki Avstraliya hərbi bazasında yanğına səbəbOLDU

BƏƏ-də yerləşən Avstraliya hərbi bazası yaxınlığında raket zərbəsindən sonra yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese məlumat verib.

“Armenpress” agentliyi “Associated Press”ə istinadən bildirir ki, hadisə İran raketinin bazanın yaxınlığına düşməsi nəticəsində qeydə alınıb.

Albanese jurnalistlərə açıqlamasında bildirib ki, raket bazanın yaxınlığında zərbə endirib və Avstraliya hərbi personalı arasında xəsarət alan olmayıb.

Onun sözlərinə görə, zərbə nəticəsində baş verən kiçik yanğın yaşayış binasına və tibb müəssisəsinə cüzi ziyan vurub.

Baş nazir əlavə edib ki, raketin bazaya gedən yola düşməsi yanğına səbəb olub. O, hadisə zamanı bazada neçə nəfərin olduğunu və digər ölkə nümayəndələrinin olub-olmadığını dəqiqləşdirməyib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
13
1
redaktor.az

2Mənbələr