ABŞ və Yaponiya hökumətləri Yaponiya ərazisində Amerika alınacaq neft hesabına birgə neft ehtiyatlarının yaradılmasını müzakirə edirlər.
Musavat.com xəbər verir ki, məlumatı Yomiuri qəzeti yayıb.
Bildirilir ki, bu razılaşma martın 19-da Vaşinqtonda Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüş zamanı elan edilə bilər. Məlumata görə, layihə Tokionun əvvəllər ABŞ-a yatıracağına söz verdiyi 550 milyard dollarlıq investisiya çərçivəsində maliyyələşdiriləcək. Birgə neft ehtiyatlarının yaradılmasına Yaponiyanın investisiyasının həcminin sonrakı məsləhətləşmələr zamanı razılaşdırılması planlaşdırılır.
Yomiurinin yazdığına görə, birgə ehtiyatlar Alyaska yataqlarından neft idxalı ilə formalaşdırıla bilər. Bu o deməkdir ki, Tokio Yaxın Şərqdə davam edən böhran fonunda tədarükünü şaxələndirməyə ümid edir. Yaponiya hazırda neft istehlakının 90 faizindən çoxunu Yaxın Şərqdən alır, ABŞ isə yalnız 1,9 faizini təmin edir.
16 martda Yaponiya ABŞ və İsrailin İrana hücumları nəticəsində yaranan tədarükün pozulması səbəbindən strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmağa başlayıb. Ümumilikdə 45 günlük neft hərraca çıxarılacaq. Bu həcm topdansatış satıcılarına ABŞ və İsrailin İrana hücumlarından əvvəlki səviyyələrə uyğun qiymətlərlə satılacaq. Yaponiya ehtiyatları ümumiyyətlə ölkənin ehtiyaclarını təxminən səkkiz ay ərzində ödəməyə imkan verəcək həddədir.
Musavat.com