AZ

Qırğızıstan Milli Bankının sədri istefa verib

Qırğızıstan Milli Bankının sədri Melis Turqunbayev istefa verib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər  verir ki, Qırğızıstan KİV-lərinin məlumatına görə, bu barədə martın 18-də Joqorku Keneşin (parlamentin) spikeri Marlen Mamataliyev məlumat verib.

Spiker qeyd edib ki, M.Turqunbayev istefa vermək barədə ərizəsini özü təqdim edib.

O əlavə edib ki, parlamentin müvafiq komitəsi yaxın zamanda bu məsələni nəzərdən keçirəcək. (Report)

Seçilən
42
fed.az

1Mənbələr