AZ

Aslan Kərimov və Osman Rəhimov Buxarestə səfər edib

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rumıniyanın paytaxtı Buxarestdə UEFA-nın "Oyun analizinə dair Share seminarı" keçirilib. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə UEFA-nın Texniki İnkişaf departamentinin mütəxəssisləri ilə yanaşı, Azərbaycan, Niderland, Malta, Portuqaliya və digər ölkələrin futbol federasiyalarının nümayəndə heyətləri iştirak ediblər.

AFFA-nı seminarda Məşqçilik Təhsili şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov təmsil ediblər.

Tədbir çərçivəsində oyun analizi, müasir analiz tendensiyaları, eləcə də yaxın gələcəkdə spesifik oyun analizi mütəxəssislərinin yetişdirilməsi istiqamətində fikir və təcrübə mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
sport24.az

1Mənbələr