Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri **İrakli Kobaxidze**yə **II İlya**nın vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
Məktubda qeyd olunur ki, Gürcüstanın Katolikos-Patriarxı II İlya bütün həyatını xalqına və bəşəri dəyərlərə xidmətə həsr edib, Qafqazda sülh, dinlərarası dialoq və həmrəyliyin təşviqinə mühüm töhfələr verib.
Prezident Əliyev vurğulayıb ki, II İlyanın fəaliyyəti Azərbaycan-Gürcüstan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında da mühüm rol oynayıb.
Azərbaycan lideri bu ağır itki ilə bağlı Gürcüstan xalqına və **Gürcüstan Pravoslav Kilsəsi**nə başsağlığı verib.
Məlumata görə, II İlya martın 17-də 93 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.