AZ

“Sabah”ın pulsuz bilet payladığı şirkət işçiləri belə stadiona “Qarabağ”a görə gəlir” – həqiqət belədi?

“Sabah”la “Qarabağ” arasında çempionluq mübarizəsi davam edir. Nə Masazır təmsilçisi büdrəmək niyyətindədi, nə də Ağdam. Bu səbəbdən “köhlən atlar”ın azarkeşlərinin mövqeyini öyrənməyi lazım bildik.

Görəsən, çempion olacaqlarına inanırlarmı? “Qarabağ”ın “qızıl dubl” etməsi mümkündümü? “İmarət Tayfa”nın adının açıqlanmasını istəməyən üzvünün “Football-plus.az”a söylədikləri:

“Hansısa narahatlığımız yoxdu. 22-ci turda keçirilən oyunda “Sabah”ı “Qarabağ”ın əlindən necə aldıqlarını gördük. Həm hakim oyunu tez bitirdi, həm də məşqçiləri dava saldı. Komandamıza inanırıq, ümidimizi üzməmişik. Bilirik ki, aprel çətin olacaq. Lakin “Qarabağ” ən çətin dövrünü Çempionlar Liqasında keçirdi. Bundan sonra çox əziyyət çəkəcəyimizi düşünmürük. İstəyirik ki, komanda çempion olsun. Çünki ölkəmizi Çempionlar Liqasında “Qarabağ”dan yaxşı təmsil edəcək komanda yoxdu. “Sabah” yalnız Konfrans Liqasının təsnifat mərhələsində uduzmağı bacara bilər... Əlbəttə, “qızıl dubl” etsək, əvəzolunmaz hisslər yaşayarıq. Təbii ki, hansısa ədalətsizlik olmasa. Bizə başqa yollarla mane olmağa çalışırlar. Hamısını görürük. O başqa məsələ ki, komanda mübarizə aparsa, döyüşsə, amma hər iki turnirdə qalib ola bilməsə, yenə də qane olacağıq. “Sabah”la oyunların təbliğatına gəlincə, sosial şəbəkə hesablarımızla çağırış edirik. Xüsusi iş görməyəcəyik. Çünki “Sabah”ın pulsuz bilet payladığı şirkət işçiləri belə stadiona “Qarabağ”a görə gəlir. “Sabah”ın formasını geyirlər, çünki işsiz qalmaq istəmirlər. Bu səbəbdən hansısa xüsusi təbliğat kampaniyası fikirləşmirik”.

KƏNAN BAHADIR
Seçilən
27
1
football-plus.az

2Mənbələr