AZ

Rusiya İran "Şahed"lərini görünməz edir - DETALLAR AÇIQLANDI

Rusiya İrana "Şahed" tipli pilotsuz uçuş aparatlarının (PUA) təkmilləşdirilməsi üçün naviqasiya, rabitə və hədəfəyönləndirmə sistemlərini əhatə edən yeni texnologiyalar ötürür.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Moskva həmçinin dronların döyüş tətbiqi, xüsusilə hücumların sayı və hündürlük parametrləri ilə bağlı Tehrana müvafiq tövsiyələr verir.

Bundan əlavə, daha əvvəl Rusiyanın ABŞ və müttəfiqlərinin qüvvələrinin yerləşməsi barədə kəşfiyyat məlumatlarını İrana ötürdüyü qeyd olunmuşdu.

WSJ-nin mənbələri vurğulayır ki, davam edən müharibə fonunda Rusiya və İran arasında hərbi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə dərinləşib.

Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr