AZ

Verilişi bağlanan aparıcıların taleyi necə olacaq? – AÇIQLAMA

Azərbaycan teleməkanında bir sıra bayağı verilişlər bağlanıb. Bağlanan verilişlərdən ikisi ATV-də yayımlanan “Bizimləsən” və “Rəngarəng” verilişləri olub.

NOCOMMENT.az xəbər verir ki, modern.az həmin verilişlərin başqa adlarla fəaliyyət göstərib-göstərməyəcəyinı, onların aparıcılarının kanalda qalıb-qalmayacağı ilə bağlı nüansları öyrənmək üçün ATV ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında ATV-nin sözçüsü Özal İbrahim bildirib ki, hələlik verilişlərin bağlanması qərarı verilib, əlavə məlumat olan kimi ictimaiyyətə bildiriləcək:

““Bizimləsən” və “Rəngarəng” verilişlərinin bağlanması kanal rəhbərliyinin daxili qərarıdır. Aparıcıların kanalda fəaliyyəti ilə bağlı isə hansısa yenilik olsa, bu barədə informasiya veriləcək. Yenə deyirəm, hazırda qərar rəhbərlik tərəfindən verilişlərin bağlanması ilə əlaqədardır”.

Seçilən
40
1
nocomment.az

2Mənbələr