AZ

Bayram günlərində kredit ödənişlərində gecikmə düşməsin? KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bayram günlərində bank əməliyyatlarının məhdudlaşması kredit ödənişləri ilə bağlı bəzi qeyri-müəyyənliklər yaradır. Xüsusilə ödəniş tarixinin qeyri-iş gününə düşməsi müştəriləri düşündürür: belə hallarda gecikmə faizi hesablanır, yoxsa ödəniş avtomatik olaraq növbəti iş gününə keçirilir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu məsələ hər bir kredit müqaviləsinin şərtlərindən asılı olaraq dəyişir.

Onun sözlərinə görə, müştərilər ilk növbədə bağladıqları müqavilənin müddəalarına diqqət yetirməlidirlər.

İqtisadçı qeyd edib ki, bir çox banklarda ödənişlərin vaxtında həyata keçirilməsi üçün alternativ imkanlar mövcuddur:

“Banklarda ödəniş terminalları və mobil tətbiqlər fəaliyyət göstərir. Müştərilər bayram günlərində də bu vasitələrdən istifadə edərək kredit ödənişlərini həyata keçirə bilərlər.”

Xalid Kərimlinin sözlərinə görə, əgər müqavilədə xüsusi güzəşt nəzərdə tutulmayıbsa, ödənişin gecikdirilməsi cərimə və ya əlavə faizlə nəticələnəcək. Buna görə də müştərilərə tövsiyə olunur ki, ödəniş tarixlərini əvvəlcədən planlaşdırsın və mümkün gecikmələrin qarşısını alsınlar.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
konkret.az

2Mənbələr