AZ

Nazir: Attestasiya prosesi incəsənət məktəbləri üzrə 12 mindən artıq təhsilverəni əhatə edir

Attestasiya prosesi incəsənət məktəbləri üzrə 12 mindən artıq təhsilverəni əhatə edir.
APA xəbər verir ki, bunu bu gün mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin təşkil etdiyi “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə zamanı deyib.
Nazir bildirib ki, bu ilin fevralından musiqi və incəsənət məktəbləri üzrə 8 min təhsilverənin bilik və bacarıqlarının yoxlanılması həyata keçirilib, 2 minə yaxın müəllim attestasiyadan keçib: "Burada məqsəd təhsilverənlərin bilik və bacarıqlarını müəyyən etmək və təkmilləşdirməkdir. Proses hələ də davam edir”.

Seçilən
43
apa.az

1Mənbələr