AZ

Məşhur iş adamının adını oğluna verdi - Görün nə hədiyyə GÖNDƏRDİ - VİDEO

Türkiyənin Sakarya şəhərində maraqlı hadisə yaşanıb.

Milli.Az xəbər verir ki, yeni doğulan oğluna Sedat Peker adını qoyan ata gözlənilməz sürprizlə qarşılaşıb.

Ailənin bu qərarından xəbər tutan Sedat Peker onları təbrik etmək üçün 50 qram qızıl və gül göndərib. Hədiyyələr ailəyə çatdırılıb və bu jest sosial mediada böyük maraq doğurub.

İzləyicilər Pekerin jestini müsbət qiymətləndirərək, həm təəccübləndiklərini, həm də belə diqqətli hərəkətlərin nadir olduğunu qeyd ediblər.

Hadisə qısa müddətdə viral olaraq müxtəlif platformalarda paylaşılıb və geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Seçilən
54
1
milli.az

10Mənbələr