AZ

İncəsənət məktəblərində böyük yoxlama

Bakı. Trend:

Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq.Artıq fevral ayından bu prosesə başlanılıb.

Trend xəbərverir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm vətəhsil komitəsində keçirilən “İncəsənət məktəblərinin mövcudvəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədədeyib.

Nazir bildirib ki, ilk dəfə olaraq ötən il incəsənətməktəblərində çalışan 4 min müəllimin bilik və bacarıqları obyektivşəkildə qiymətləndirilib.

“Beləliklə, ölkə üzrə fəaliyyət göstərən 237 incəsənətməktəbində çalışan 12 mindən artıq müəllimin səriştələrininqiymətləndirilməsi prosesi bu il tamamlanmış olacaq.

Ötən il attestasiya prosesində iştirak edən təxminən 4 minmüəllimin 80 faizi bu mərhələni uğurla keçib.

Bu göstərici bir tərəfdən sistemdə mövcud olan sağlam pedaqojipotensialı, digər tərəfdən isə inkişaf tələb edən sahələri aydınşəkildə ortaya qoyub”, - deyə A.Kərimli qeyd edib.

Seçilən
49
4
az.trend.az

10Mənbələr