AZ

Alvaro Arbeloa Real Madrid in tarixində unikal rekorda imza atdı

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa klubun tarixində indiyədək heç bir mütəxəssisin nail ola bilmədiyi unikal rekorda imza atıb.

Oxu.Az "Opta Sport"a istinadən xəbər verir ki, Arbeloa Avropanın nüfuzlu klub turnirinin pley-off mərhələsində rəhbərlik etdiyi ilk dörd oyunun hamısında qələbə qazanan ilk "Real Madrid" məşqçisi kimi adını tarixə yazdırıb.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Madrid təmsilçisi "Benfika" ilə hər iki qarşılaşmadan qalib ayrılıb (1:0, 2:1). Avropa Kubokunun 1/8 final mərhələsində isə Arbeloanın komandası "Mançester Siti"ni də hər iki görüşdə üstələməyi bacarıb (3:0, 2:1).

Qeyd edək ki, 1/4 final mərhələsində "Real Madrid"in rəqibi "Bavariya" - "Atalanta" qarşılaşmasının qalibi olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
oxu.az

1Mənbələr