AZ

Qarabağ ın və millimizin sabiq futbolçusu Braziliyada klubunu dəyişdi

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycan milli komandasının və "Qarabağ" klubunun keçmiş futbolçusu Riçard Almeyda Braziliyada karyerasında yeni səhifə açıb.

Oxu.Az xəbər verir ki, 36 yaşlı təcrübəli yarımmüdafiəçi Braziliyanın D Seriyasında çıxış edən "XV Piraçiçaba" komandası ilə rəsmi müqavilə imzalayıb.

"Qarabağ"dan ayrıldıqdan sonra "Primavera" klubunda forma geyinən və 2026-cı il Paulista A1 çempionatında mübarizə aparan Riçard artıq yeni komandasının hazırlıq prosesinə qoşulub.

Xatırladaq ki, Azərbaycanda uzun müddət "Qarabağ"ın uğurları üçün tər tökən Riçard Almeyda qısa müddət ərzində "Zirə"nin də şərəfini qoruyub. Təcrübəli futbolçu ölkəmizin əsas milli komandasının heyətində çıxdığı 31 qarşılaşmada rəqib qapılarından 3 top keçirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
3
oxu.az

4Mənbələr