AZ

Tramp Çinə səfərini buna görə təxirə salıb – SENSASİON SƏBƏBLƏR

Donald Trampın Çinə planlaşdırılan səfərinin təxirə salınması beynəlxalq münasibətlərdə yeni suallar doğurub. Rəsmi səbəb kimi təhlükəsizlik və mümkün müharibə riski göstərilsə də, bu qərarın arxasında daha dərin geosiyasi hesablamaların olduğu ehtimal edilir. ABŞ-Çin münasibətlərinin hazırkı gərgin fonunda bu addımın təsirləri xüsusilə diqqət çəkir.

Səfərin təxirə salınmasının arxasında hansı real səbəblər dayana bilər?

Bu, iki ölkə arasında gərginliyin artacağının siqnalıdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Ramiz Şərifov suallarımızı cavablayıb:

“Donald Trampın Çinə gözlənilən səfərinin təxirə salınmasının arxasında bir neçə amil dayanır. Hazırda Hörmüz boğazında hərbi gərginlik müşahidə olunur. İran rəhbərliyi dəfələrlə bəyan edib ki, boğaz bağlanmayıb və Çin gəmiləri də buradan keçə bilər”.

Politoloqun sözlərinə görə, atəşkəs məsələsi gündəmdə deyil. Müharibənin uzadılması isə ABŞ üçün sərfəli sayılmır, çünki qarşıdan seçkilər gəlir. Bu baxımdan Trampın Çinə səfəri əslində gözlənilən idi.

Ramiz Şərifov əlavə edib ki, hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı səbəbindən Cənubi Koreyadan çıxarılan zenit-raket komplekslərinin Hörmüz boğazına daşınması regionda vəziyyəti daha da gərginləşdirib. Müxtəlif silah və ehtiyat hissələrinin daşınması da narahatlıq yaradır.

“Digər tərəfdən Şimali Koreya rəhbərliyi açıq təhdidlər səsləndirir. Çin isə Tayvan ətrafında mütəmadi olaraq hərbi təlimlər keçirir. Bu faktorlar Tramp administrasiyasını narahat edən vacib məsələlərdəndir. Onun əsas prioritetlərindən biri Tayvanın və Cənubi Koreyanın təhlükəsizliyinin qorunmasıdır”, — deyə politoloq vurğulayıb.

Ekspertin fikrincə, bütün bu səbəblər səfərin təxirə salınmasına gətirib çıxarıb. Təhlükəsizlik məsələləri burada əsas rol oynayır.

Ramiz Şərifov bildirib ki, Koreya yarımadasında vəziyyət qeyri-müəyyən olaraq qalır. Şimali Koreya son vaxtlar bir neçə ballistik raketi Hind okeanı istiqamətində sınaqdan keçirib. Bu isə regionda riskləri daha da artırır. Belə bir şəraitdə Trampın səfərinin təhlükəsiz şəkildə həyata keçirilməsi çətin görünür.

Politoloq sonda onu da qeyd edib ki, Çin və ABŞ arasında rəqabət daim mövcud olub və bu proses hələ uzun müddət davam edəcək. Çünki tərəflərin iqtisadi, siyasi və strateji maraqları üst-üstə düşmür.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
41
konkret.az

1Mənbələr