AZ

ABŞ və Çin Trampın səfəri ilə bağlı əlaqələri davam etdirəcək

Çin və ABŞ ABŞ prezidenti Donald Trampın Pekinə planlaşdırılan səfəri ilə bağlı əlaqələri davam etdirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan "Reuters" agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dövlət başçıları səviyyəsində diplomatiya Çin–ABŞ münasibətlərində əvəzolunmaz strateji rol oynayır.

Bundan əvvəl Donald Tramp Çinə səfərinin “təxminən bir ay” təxirə salındığını açıqlamışdı. O, bu qərarı İran ətrafında baş verən hərbi hadisələr fonunda ABŞ-da qalmağın zəruriliyi ilə izah edib.

Qeyd edək ki, ABŞ prezidentinin Çinə səfəri martın 31-dən aprelin 2-dək planlaşdırılmışdı. Martın 15-də Donald Tramp Financial Times qəzetinə müsahibəsində səfərin təxirə salına biləcəyini istisna etməmişdi. Çin ölkəsini İran neftinin ən böyük idxalçılarından biri adlandıran Tramp, Pekini Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasına dəstək verməyə çağırmışdı. Əks halda isə rəsmi səfərin ertələnə biləcəyini bildirmişdi.

Seçilən
12
ikisahil.az

1Mənbələr